Bakıda fəhlə iş yoldaşını itələyərək ölməsinə səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, iyulun 6-da Nardaran qəsəbəsindəki fərdi evdə fəhlə işləyən Əlvan Hüseynovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Vasif Bayramov Əlvan Hüseynovu itələyib, sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb. Vasif Bayramov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onların mübahisəsi əməkhaqqını bölüşmək üstündə baş verib.
Son xəbərlər
Son Xəbərlər