Bakıda oğurluq edən şəxs saxlanılıb və onun üzərindən narkotik vasitə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 4-də Bakı şəhər sakini Əminə Bağırovaya məxsus evdən dini kitab (“Quran”) və qızıl əşyalar oğurlanıb.
Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Famil Mehrəliyev tutulub. Ondan 0,395 qram heroin götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər