Nardaranda silahlı şəxs saxlanılıb

nardaranda-silahli-sexs-saxlanilib
Oxunma sayı: 955

Sabunçu rayonunda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.