Nardarandan DŞK patronu tapıldı

nardarandan-dsk-patronu-tapildi
Oxunma sayı: 1441

Sabunçu rayonunun Nardaran qəsəbəsində silah patronları tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları tərəfindən bir nüçə gün öncə qəsəbədə silah-sursat aşkar olunub.

Tuti küçəsində yerləşən qəbiristanlıqda selofona bükülmüş 173 ədəd 7,62 və 1 ədəd 12,7 çaplı DŞK patronları aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Murad Əhməd