“Nargilə”də avtobusla maşın toqquşdu - Yaralılar var

“Nargilə”də avtobusla maşın toqquşdu
Oxunma sayı: 1664

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə yerinə gedən Təcili Tibbi Yardım maşını müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb.

Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub.

Qəza nəticəsində digər xəsarət alanlar barədə məlumat veriləcək.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 46 nömrəli marşrut qəzaya düşüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi