Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu gündən etibarən, “Nargis” fondu tərəfindən Bakı, Bakı ətrafı və Sumqayıt üzrə 40-dan çox ağbirçək və ağsaqqallarımız bir aylıq ərzaq məhsulları ilə təmin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu müddət ərzində virusla əlaqədar köməyə ehtiyacı yaranan müxtəlif kateqoriyalı insanlardan Fonda çoxlu müraciətlər daxil olub.
Qeyd olunub ki, “Nargis” fondu heç kəsin halına biganə qalmayıb, müraciət edən hər bir şəxslə ayrılıqda əlaqə saxlanılaraq qeydiyyata alınıb.
Bildirilib ki, xeyriyyə kampaniyası davam edir və xeyirxah işdə onlara qoşulmaq, vətəndaşlarımıza dəstək olmaq istəyən hər kəs müraciət edə bilər.
Son xəbərlər
Son Xəbərlər