Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın ölüm səbəbi bilinib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
İstanbul Məhkəmə Tibb Ekspertizanın müayinəsindən sonra onun boğularaq öldürüldüyü müəyyən edilib.
Qurum yekun nəticələri tamamladıqdan sonra məhkəmə orqanlarına göndərəcək.
Həmçinin bioloji ekspertiza zamanı Narinin bədənində DNT izi aşkar edilməyib.
Qeyd olunub ki, bundan başqa azyaşlının ölümü ilə bağlı həbs olunanların sayı 12-yə çatıb.