Narkokuryer silah və 5 kq heroinlə tutuldu

narkokuryer-silah-ve-5-kq-heroinle-tutuldu
Oxunma sayı: 1226

Lənkəranda narkokuryer tutulub, ondan silah və 5 kiloqram heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Lənkəran Şəhər RPŞ əməkdaşları tərəfindən Astara sakini Elçin Əsədov Lənkəran rayonunun Göyşaban kəndində saxlanılıb. Onun əlindəki bağlamadan 5 kiloqramdan artıq heroin, 1 ədəd “Makarov” tapança, həmin silaha aid sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı E.Əsədovun həmin narkotik vasitə və odlu silahı İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi, pul müqabilində deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran araşdırma aparılır.