Ötən il martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı təqsirləndirilənlərə cəza istənilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət ittihamçısı çıxış edərək Mərkəzin direktoru Telman Məmmədhəsənovun 4 il, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayevin 3 il 6 ay, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini, azadlıqda olan şöbə müdiri Afət Məmmədovaya şərti cəza verilməsini istəyib.
Proses aprelin 9-da davam etdiriləcək. Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər