Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaq

narkoloji-xeste-mehkumlar-odenissiz-psixoloji-yardim-alacaq
Oxunma sayı: 830

Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib.

"Qafqazinfo"nun məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, narkoloji xəstə məhkumlar “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardımla təmin ediləcəklər.