“Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - Video

narkoman-oldugunu-oyrenende-artiq-gec-idi
Oxunma sayı: 5044

Daxili İşlər Nazirliyi (DİN) 26 iyun – “Narkotiklərlə mübarizə günü” ilə bağlı növbəti videoçarx hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar DİN tərəfindən narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə növbəti videoçarx hazırlanıb.

Dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat və profilaktik tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verməkdədir.

Qeyd edək ki, videoçarxda baş rolda Xalq artisti Həmidə Ömərova çəkilib.