Narkotacir qohumlar 6 kq narkotiklə saxlanıldılar - Fotolar

narkotacir-qohumlar-6-kq-narkotikle-saxlanildilar
Oxunma sayı: 2076

Cəlilabad rayonunda 6 kiloqramdan artıq güclü təsiredici narkotik vasitələr aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq şöbəyə gətiriliblər. Həmin avtomobilə keçirilən baxış zamanı 4 ədəd sellofan torbada ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri və əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.