DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəllər məhkum olunan İdrak Ələkbərov Şeyx Zahid küçəsindəki evində tiryəkxana təşkil edib.
Evə baxış zamanı 2 kiloqram 3 qram heroin və digər ləvazimatlar aşkar edilərək götürülüb.
Orada narkotik vasitələrdən istifadə edən və İ.Ələkbərovdan narkotik vasitə alan həmyerliləri, əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 0,65 qram, Cəmil Mirzəyevdən 0,12 qram, Aygün Hüseynovadan 0,096 qram, Cavid Nağızadədən 0,1 qram və Ruslan Nəsirovdan 0,14 qram heroin götürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər