Kolumbiya milli polisi “El Dorado” aeroportunda təhlükəli cinayətkar hesab edilən Nidal Vakeda Xatumu yaxalayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, narkotik ticarətindən gələn çirkli pulları yumaq üzrə dünyanın lider cinayətkarı hesab edilir.
İstintaq zamanı məlum olub ki, Xatum narkotik ticarətindən əldə edilən gəlirləri leqallaşdırmaq üçün nəhəg kommersiya holdingi yaradıb.
Qeyd edilir ki, onu ABŞ-da 50 il həbs gözləyir.
Son xəbərlər
Son Xəbərlər