Narkotik aludəçisi özünü öldürdü

narkotik-aludecisi-ozunu-oldurdu
Oxunma sayı: 1591

Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, Qədirli küçəsində qeydə alınıb. Orada yaşayan 1965-ci il təvəllüdlü Əliyev Əfqan Müslüm oğlu intihar edib.

İlkin məlumata görə, o, narkotik vasitənin təsiri altında qollarını ülgüclə kəsərək özünü öldürüb. Onun narkotik aludəçisi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd