Narkotik alverçisinə 10 il cəza

narkotik-alvercisine-10-il-ceza
Oxunma sayı: 970




“Qafqazinfo” xəbər verir ki, ötən il avqustun 3-də Namiq Abdullayev (1966-cı il təv.)  şəxsiyyəti istintaqa məlum olmayan Həmid adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə hesab edilən tiryəki İrandan Türkiyəyə, ordan Gürcüstana, daha sonra Gürcüstandan təkrarən "Şıxlı" gömrük-nəzarət postundan gizli keçirməklə Azərbaycan ərazisinə keçirib. 

Avqustun 6-da Namiq Abdullayev MTN əməkdaşları tərəfindən Nəsimi rayonu, Bül-Bül prospektindəki 63 saylı evin qarşısında saxlanılıb, onun idarə etdiyi ""Hyndai" markalı avtomaşına baxış keçirilərkən ümümi çəkisi olan 540,76 qram tiryək aşkar edilib. 

Məhkəmənin hökmü ilə Abdullayev cəzasını ümumi rejimli cəza çəkmə müəssəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Ceyhun