“Narkotik ittihamı ilə həbs gülüncdür” – - Bəyanat

narkotik-ittihami-ile-hebs-guluncdur-
Oxunma sayı: 1553


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, Ö. Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən “Cyprus İnternational” universitetinin tələbəsidir. 11 may 2013-cü ildən VHP Sabunçu rayon təşkilatının  üzvüdür. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis ediblər: “Fəal içtimaiyyətçi, yüksək intelekt sahibi olan və heç siqaret belə çəkməyən Ömərin narkotik ittihamı ilə həbs olunması gülüncdür və təəssüf doğurur. Bu qanunsuz həbsi pisləyir, hüquq mühafizə orqanlarından bu məsələyə obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik.

Vətəndaş Həmrəyliyi Partiyası Ömər Məmmədovun həbsini gənclərə göstərilən əsassız təzyiqlərin tərkib hissəsi sayır. Son günlər ölkədə gənclərə qarşı aparılan təzyiq-təqib kampaniyası və gənclərin sistematik həbsləri bizi ciddi narahat edir. Biz, hakimiyyətin müvafiq strukturlarını cəmiyyəti narahat edən və ölkədə süni qarşıdurma yaradan, vətəndaş həmrəyliyini pozan münasibəti tezliklə dəyişdirməyə, qanunsuz addımların qarşısını almağa çağırır və həbsdə olan gənclərin azadlığa buraxılmasını tələb edirik”.