“Qafqazinfo”nun prosesdə iştirak edək əməkdaşının verdiyi xəbərə görə, hakim Mahmud Bayramovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilənlər Hacıyev Zahid və Qəmbərov Elyar son söz olaraq özlərini təqsirli biliblər və peşman olduqlarını deyiblər.
Hökmə əsasən Z.Hacıyev 2 il, E.Qəmbərov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Elyar Qəmbərov istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə narkotik vasitə alıb. Sonra həmin narkotik maddənin bir hissəsini Zahid Hacıyevə satıb. Z.Hacıyev Elyardan narkotiki şəxsi istifadə üçün alıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər