Narkotik satarkən ələ keçdi

narkotik-satarken-ele-kecdi
Oxunma sayı: 1200

Ağcabədi rayon sakini narkotik satarkən cinayət başında yaxalanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayonun Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Quliyev 4 qrama yaxın metamfetamini satarkən cinayət başında yaxalanıb.

Onun yaşadığı evdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oradan 1 kiloqram 815 qram heroin də aşkar edilərək götürülüb.