Narkotik satıcısı tutuldu- - Zaqatalada

narkotik-saticisi-tutuldu-
Oxunma sayı: 1738


“Qafqazinfo” xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan, hazırda Zaqatala şəhəri Anar Həmidov küçəsi ev 23 ünvanında kirayədə yaşayan, 1989-cu il təvəllüdlü İntiqam Oruc oğlu Hüseynov Zaqatala şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılıb.

İ. Hüseynovun üzərinə keçirilən baxış zamanı 7,2 qram heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.