Narkotik satıcısı və alıcısı həbs olundu

narkotik-saticisi-ve-alicisi-hebs-olundu-
Oxunma sayı: 1046


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xırdalan şəhər sakini Nicat Bayramovdan 4 ədəd psixatrop təsirli həbb və 8,17 qram marixuana aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində, ona narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ruhi Əbilov tutulub. Üzərinə baxış zamanı ondan 6,05 qram marixuana aşkar edilərək götürülüb. 

Murad Əhməd