Narkotik satışına görə saxlanılan şəxs vəfat etdi

narkotik-satisina-gore-saxlanilan-sexs-vefat-etdi
Oxunma sayı: 2789

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələtin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülub.

Bu barədə "Qafqazinfo"ya DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, o, dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov DİN-in Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.

Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib,  həkimlərin səyinə baxmayaraq orada vəfat edib.