Narkotik satışında təqsirləndirilən qadına iş istənildi

narkotik-satisinda-teqsirlendirilen-qadina-is-istenildi
Oxunma sayı: 886

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilən Şəms Səmədovaya cəza istənilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ş.Səmədovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

O, 2016-cı ildə narkotik ittihamı ilə məhkum olunub. 2017-ci ildə hamilə olduğu və himayəsində 3 azyaşlı uşağı olduğu üçün şərti azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç uşaq anası olan Şəms Səmədova həbs edilib. Əməliyyat zamanı S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da saxlanılıb. 

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar-1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. 

Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

Murad Əhməd