Narkotika alverçiləri tutuldu-Kriminal xəbərlər

narkotika-alvercileri-tutuldu-kriminal-xeberler
Oxunma sayı: 671

Xəzər RPİ CAŞ və NMB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Vaqif Qəmbərovun həyətindən 3 kiloqramdan artıq çətənəkolu, yaşadığı evdən isə 2 kiloqram yarıma yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan İqbal Abıyev iyunun 19-da tutulub.

İyunun 18-nə keçən gecə Bakı şəhər sakini Şaban Əsədliyə məxsus Kiçik Qala küçəsində yerləşən “Biznes Holleri” ofisindən qapını sındırma yolu ilə ştativi ilə birlikdə “Canon-5D” fotoaparatı, kamera və digər avadanlıqlar oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal İsmayılov iyunun 19-da yaxalanıb.

İyunun 1-nə keçən gecə Biləcəri qəsəbəsi Binəqədi şossesində Xudayar Hüseynova məxsus mağazadan qapının qıfılını sındırma yolu ilə ehtiyat avtohissələr oğurlanıb. Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini Maarif Quliyev iyunun 18-də, cinayətin digər iştirakçısı Biləcəri qəsəbə sakini Ruhun Abilov isə iyunun 19-da yaxalanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar iyunun 4-nə keçən gecə Bakı şəhər sakini Babək Əyyubova məxsus Binəqədi şossesində yerləşən mağazadan qapını sındırma yolu ilə danışıq kartları oğurlayıblar.

Nərimanov RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Fərrux Əliyevdən 2 kiloqram 900 qramdan artıq narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

İyunun 18-də Bakı şəhər sakini Bəxtiyar İsmayılova məxsus Kazımzadə küçəsində yerləşən çayxanadan qapını sındırma yolu ilə televizor oğurlanıb. Nərimanov RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Mehman Abbasov, Gəncə şəhər sakini Azər Mirzəyev və Bakı şəhər sakini Azər Əmirov iyunun 19-da yaxalanıblar.

Mayın 27-i saat 17 radələrində Mingəçevir küçəsində yaşayan Aytac Şahbazova evdən çıxmış və geri qayıtmayıb. Xətai RPİ 37-ci PB əməkdaşlarının səyi nəticəsində A.Şahbazova iyunun 19-da geri dönüb.