Narkotikdən istifadə zamanı şoka düşüb öldü

narkotikden-istifade-zamani-soka-dusub-oldu
Oxunma sayı: 3857

Bərdədə 36 yaşlı kişi narkotikdən ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Füzuli küçəsində yaşayan 1985-ci il təvəllüdlü Vəliyev Zaur Əliyar oğlu narkotik maddədən istifadə zamanı şoka düşüb.

Kömək göstərilsə də, Z.Vəliyevin vəziyyəti pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli