Narkotikə görə 2-si qardaş olmaqla 4 nəfər tutuldu

Narkotikə görə 2-si qardaş olmaqla 4 nəfər tutuldu
Oxunma sayı: 1140

Qusarda narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat tədbirləri zamanı narkotiklərin satışı ilə məşğul olan rayon sakini, 45 yaşlı Raməddin Aslanov, iki qardaş Rəşid və Cavid Beybutovlar, həmçinin narkotik maddələri satıcılardan alan Asim Əmirov saxlanılıblar.

Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduğunu etiraf ediblər.

Polis əməkdaşları tərəfindən R.Aslanova məxsus evə keçirilən baxış zamanı oradan şüşə balonda satış üçün saxlanılan çəkisi 490 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi