Narkotiki alan da, satan da tutuldu

narkotiki-alan-da-satan-da-tutuldu
Oxunma sayı: 1156

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini V.Rəhimov saxlanılıb. 

DİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. 
   
Davam etdirilən tədbirlərlə V.Rəhimova narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini A.Cəfərov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, ondan heroin və marixuana götürülüb.