Narkotiki alan da, satan da tutuldu

narkotiki-alan-da-satan-da-tutuldu
Oxunma sayı: 872

Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini X.Babayev saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, ondan çəkisi 414 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyənləşdirilib. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəhər sakini M.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan narkotik vasitə olan marixuana, 1 ədəd müvafiq sənədləri olmayan  “İJ” markalı ov tüfəngi, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.   

Faktla bağlı araşdırma aparılır.