“Qafqazinfo” oxu.az-aistinadən xəbər verir ki, ötən il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yaşayan Fuad Əsədullayevin evindən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb. Bundan əlavə axtarış zamanı onun evindən 6 kiloqram qurudulmuş marixuana aşkar edilib.
İstintaqın gedişatında Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir ki, naməlum şəxsdən alıb və yaşadığı evdə saxlayıb, narkotik vasitəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Son xəbərlər
Son Xəbərlər