Narkotiklə dolu gəmi saxlanıldı

narkotikle-dolu-gemi-saxlanildi
Oxunma sayı: 1120


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları iki milyondan çox ekstazi həbinin tapıldığını qeyd edib.

Yüksək vəzifəli polis əməkdaşının sözlərinə görə, bu, Birmada yaxalanmış ən böyük narkotik partiyasıdır. Bundan başqa, gəmidə 70 ton "qeyri-leqal ağac" aşkar edilib.

BMT-ın məlumatına görə, Birma regionda sintetik narkotiklərin əsas mənbələrindən biri sayılır. Burada daha çox metamfetamin hazırlanır.

Burdan narkotiklərin böyük həcmi Yaponiyaya, Avstraliyaya və Yeni Zelandiyaya, həmçinin cənubi Asiya ölkələrinə yola düşür.