Narkotiklə saxlanıldı, oğurluğun üstü açıldı

narkotikle-saxlanildi-ogurlugun-ustu-acildi
Oxunma sayı: 1496

Bakıda narkotik vasitə ilə tutulmuş E.Allahverdiyevin başqa cinayət törətdiyi də ortaya çıxıb.

Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində bir evdən kombi aparatı, bir avtomobildən maqnitofon, S.Kərimovun velosipedini və Ə.Kazımovun mobil telefonunu oğurlaması da müəyyən edilib.