Narkotik vasitə ilə tutulmuş N.İbrahimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində törətdiyi digər cinayət əməlləri də müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyaları oğurlaması aşkarlanıb.
Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.