Narkotiklə tutuldu, maşınından saxta pullar çıxdı

narkotikle-tutuldu-masinindan-saxta-pullar-cixdi
Oxunma sayı: 1323

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçiriblər. 

“Qafqazinfo” xəbər verir ki, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əsginaz aşkar edilərək götürülüb.