Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nəsimi rayon komissiyasının sədri Anar Tağıyev açıq elan edərək bildirib ki, Nəsimi rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilib. Keçirilən tədbirlər epizodik deyil konkret olmalı və müvafiq qurumlar bu bəlaya qarşı mübarizədə öz əlaqələrini daha da möhkəmlətməlidirlər.
Tədbirdə çıxış edən Nəsimi rayon Polis İdarəsinin şəxsi heyəti üzrə rəis köməkçisi Vüsal Rüstəmov, Nəsimi rayon Prokurorunun köməkçisi Ramiz Rzayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Şəhla Mirzəzadə və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər.

Son xəbərlər
Son Xəbərlər