“Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı”

narkoz-cox-vuruldugu-ucun-ureyim-dayanmisdi
Oxunma sayı: 9309

Müğənni Natavan Həbibi kliniki ölüm keçirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb.

“Sağlamlıqla bağlı şikayətlənməyi xoşlamıram. Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi. Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. Üç dəqiqə kliniki ölüm keçirdim. Ölümdən sonra nə varsa, onu gördüm. Bizi çox fərqli şeylər gözləyir”, - Həbibi deyib.