NASA Marsa hazırlıq vəzifəsində çalışmaq üçün könüllülər axtarır.
“Qafqazinfo” xəbər verir ki, elanla seçilən könüllülər Marsa bənzəyən bir mühitdə yaşayacaqlarına görə gündəlik rahatlıqlarından uzaq düşəcəklər.
Onların ailələri ilə görüşləri də məhdud olacaq. Bu çərçivədə dörd könüllü seçiləcək və onlar bir il bu mühitdə işləyəcəklər.
Elana 30-55 yaşlı amerikalılar müraciət edə biləcəklər. Mühəndislik və ya riyaziyyat sahəsində magistr dərəcəsi olanlar və ya pilotluq təcrübəsinə malik şəxslərə üstünlük veriləcək.
Son xəbərlər
Son Xəbərlər