NASA yeni nəsil kosmos kostyumunu təqdim etdi - Foto

nasa-yeni-nesil-kosmos-kostyumunu-teqdim-etdi
Oxunma sayı: 2029

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yeni nəsil kosmos kostyumunu təqdim edib. 

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu kostyumlar daha müasir, elastik və qadınlara uyğun hazırlanıb.

NASA-dan verilən açıqlamaya görə, astronavtlar bu geyimi planlaşdırılmış Artemis III Ay missiyası çərçivəsində Aya enərkən geyinəcəklər.

Geyimi "Axiom Space" şirkəti hazırlayıb.