NASA Yerlə toqquşa biləcək asteroid aşkarlayıb

nasa-yerle-toqqusa-bilecek-asteroid-askarlayib
Oxunma sayı: 5167

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yerlə toqquşa biləcək asteroid aşkarlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisənin 14 fevral 2046-cı ildə baş verəcəyi ehtimal edilir.

Asteroidin diametri 50 metrə yaxındır. Onun Yerlə toqquşma ehtimalı 625-də 1 olaraq qiymətləndirilir.