“15 yanvar tarixi saat 14:20-14:55 radələri Bakının şərqi istiqamətindəki ərazilərdə Azercell şəbəkəsində SMS və səsli zəng xidmətləri ilə bağlı baş verən texniki nasazlıqlar tezliklə aradan qaldırılıb”.
Azercell Telekom MMC-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hal-hazırda Azercell Telekom şəbəkəsinin fəaliyyəti tam olaraq bərpa edilib.
Qeyd edək ki, ötən gün Azercell abunəçilərinə edilən zənglərin tez-tez kəsilməsi, bütün xətlərin məşğul olması və zəng vuran zaman digər abunəçilərin telefon danışığının eşidilməsi kimi problemlər meydana gəlmişdi.
Son xəbərlər
Son Xəbərlər