“Qafqazinfo”ya açıqlamasında ifaçı vaxtını yaradıcılığına ayırdığını, məsələ ilə bağlı isə vəkillərinin məşğul olduğunu bildirib:
“Onu demək istəyirəm ki, nə olursa, yaxşılığa olur. Nə qədər tez etibarsız adamları həyatından itirsən, o qədər sevinmək lazımdır. Lazımlı, güclü, təmiz insanlar yanımdadır. Bu işlə məşğul olan vəkillərim var. Ona görə də zamanımı, enerjimi yaradıcılığıma həsr edirəm. Bir il ərzində 3 konsert vermişəm, dördüncü isə sentyabrda baş tutacaq. Bu işə müdaxilə etməyimə ehtiyac yoxdur. Eşitdim, gördüm və məhkəməyə verdim. Ümid edirəm ki, haqq-ədalət öz yerini tapacaq. İnsanların gözündən məni salmaq istəsələr də, bu məqsədlərinə nail olmayacaqlar. Tamaşaçılarım məni ilk səhnəyə çıxdığım gündən tanıyır və sevir. Buna görə də onlara öz sevgi və sayqımı bildirirəm. Var olun”.
Qeyd edək ki, sözügedən şəxslər Natavanı erməni olmaqda ittiham edib.