“Nataktari” kafesinə gedənlər cərimələndi - Fotolar

nataktari-kafesine-gedenler-cerimelendi
Oxunma sayı: 1161

Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən “Nataktari” kafesi aşkarlanıb. 

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. 

Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib.

Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.