“Vəhşi mələk” serialı ilə dünyada məşhurlaşan uruqvaylı aktrisa-müğənni Nataliya Oreyro Rusiyaya jest edib. “Qafqazinfo” xəbər verir ki, müğənni 3 gün sonra start götürəcək “DÇ- 2018”ə mahnı oxuyaraq klip çəkdirib.
“United by love” (Sevgiylə birləşmək) adlanan klip artıq “Youtube”da yayımlanıb. Ötən gün yerləşdirilən ekran işini 1 milyona yaxın insan izləyib.
Klipdə Nataliya Rusiyaya məxsus etnik geyimlərdən istifadə edib. Fanatları həmin layihəni “DÇ”nin qeyri-rəsmi himni adlandırıb.
Oreyro Rusiya mətbuatına müsahibəsində deyib ki, Rusiya, Uruqvay və Argentinanın qalib olmağını istəyir.
Son xəbərlər
Son Xəbərlər