Müğənni Natavan Həbibi iki il davam edən fasilədən sonra yeni layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, pop ulduz bu dəfə də marjinal tərzdə kamera qarşısına keçərək “Çətin” adlı mahnısını ekranlaşdırıb.
O, üçüncü dəfə Ukraynada yaşayan “WhoSein” ləqəbli rejissora (bundan əvvəl Natavanın “Qısqana-qısqana” və “Əşi, özü bilər” kliplərini lentə alıb - red.) müraciət edib.
Həbibinin klipi bir neçə gün ərzində Azərbaycan üzrə yutub trendinə düşərək altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, ifaçı sonuncu dəfə 2019-cu ildə “Əşi, özü bilər” layihəsini təqdim etmişdi.


Son xəbərlər
Son Xəbərlər