“Qafqazinfo”nun məlumatına görə, sənətçi sosial şəbəkədə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:
“Qanunlarımızın kimliyə, statusa fərq qoymadan hər kəs üçün eyni, düzgün şəkildə tətbiq olunması bir daha sübut olundu. Bu proseslərdə dəqiq və qərəzsiz çalışdıqları üçün bütün məhkəmə heyətinə, obyektivliyi qoruyaraq xəbərləri paylaşan media nümayəndələrinə, əvvəldən sona qədər dəstəyini əsirgəməyən dostlarıma, haqqı nahaqdan ayıran sənət yoldaşlarıma, ağı qaradan seçən xalqımıza təşəkkürümü bildirirəm.
Bu ümumilikdə haqq tərəfdarlarının qələbəsi, haqsızların həyat dərsidir. Bu müqəddəs ayda hər kəsin düzgün yola gəlməsini, günahdan qorxmalarını, pis əməllərdən uzaq olmasını diləyirəm”.
Son xəbərlər
Son Xəbərlər