Natavanla Dado duet oxudu

natavanla-dado-duet-oxudu
Oxunma sayı: 1649

Şou-biznesin məşhur cütlüyü-müğənni Natavan Həbibi ilə repçi Dado (Səid Əliyev) duet oxuyub.  “Qafqazinfo” xəbər verir ki, onlar ilk dəfə olaraq ortaq bir layihə etmək qərarına gəliblər. 

Bu barədə Natavan instaqram səhifəsində məlumat verib.  Sənətçi qeyd edib ki, sözləri və musiqisi Fərid Dadaşova məxsus mahnı “Aşiqin” adlanır.  Müğənni bəstənin tezliklə ictimaiyyətə təqdim edəcəyini də qeyd edib. 

Xatırladaq ki, Natavanla Dado 2017-ci ildə ailə qurublar.  Onların bir neçə ay sonra övladı dünyaya gələcək.