Natavanla Röyanın oxşar imici - Kim kimi təkrarlayıb?

natavanla-royanin-oxsar-imici
Oxunma sayı: 3143

“W-Trio”nun iki keçmiş üzvü - Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi bu dəfə oxşar imicləri ilə diqqət çəkiblər.

“Qafqazinfo” xəbər verir ki, iki gün bundan əvvəl qara uzun saçları ilə şəkil paylaşan Röyadan sonra Natavan da belə bir addım atıb.

Həbibi instaqramda video paylaşaraq yeni saçlarını izləyicilərə təqdim edib.

Sosial şəbəkə istifadəçiləri uzun illərdir küsülü olan sənətçiləri bir-birini yamsılamaqda ittiham edib. İddia ediblər ki, Natavan həmin imici Röyadan sonra edib. 

N. Həbibi söz-söhbətlərin qarşısını almaq üçün instaqramda yeni layihəsinin çəkiliş meydançasında çəkdiyi videoları yayıb. O, görüntülərin lentə alındığı tarixi də qeyd edib. Bununla da, sənətçi imicini R. Ayxandan əvvəl dəyişdirdiyinə işarə edib.