Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov qeyd edib ki, bu layihənin reallaşması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub.
“19-cu əsrdə yaşamış Xurşidbanu Natəvanın şeirlərinin əsas mövzusu humanizm, xeyirxahlıq, dostluq və sevgi olub. Vaterloda Azərbaycan şairəsi və mütəfəkkiri Xurşudbanu Natəvanın heykəlinin açılışını etmək rəmzi bir hadisədir. Və bu əlamətdar hadisə Azərbaycanla Belçika arasında humanitar əlaqələrdə yeni bir səhifədir”.
Vaterlo şəhərinin meri Floran Röter çıxışında Azərbaycanla qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə edib və şəhərdə Xurşidbanu Natavanın abidəsinin ucaldılmasının yüksək qiymətləndirib.
Qeyd edək ki, Vaterlo şəhərinin mərkəzi parkında ucalan heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.


Son xəbərlər
Son Xəbərlər