İlkin nəticələrə görə, deputat mandatı əldə edən “REAL”çı Erkin Qədirli partiyadaşı Natiq Cəfərlinin seçkilərdə uduzmasına reaksiya verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Qədirli canlı yayımda “REAL”dan iki nəfərin deputat olması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, seçkidən öncə parlamentə düşəcək şəxslər siyahısında onunla yanaşı, Natiq Cəfərlinin də adı çəkilirdi:
“Milli Şuranın yaydığı siyahıda da bizim adımız var idi. Natiq Cəfərli o dairəni uduzub. Necə uduzub, bu ayrı məsələdir, onun özündən soruşarsız. Yəqin ki, şikayət edəcək. Mən başqa dairələr və “REAL”ın digər namizədlərinin seçki kampaniyası haqda danışmaq durumunda deyiləm. Bu işlə bağlı səlahiyyətləndirilməmişəm. “REAL”ın seçki ilə bağlı ümumi mövqeyi olacaq. Bunu da yəqin İlqar Məmmədov elan edər. Amma biz bir neçə namizədimizin uda biləcəyini gözləyirdik”.
Son xəbərlər
Son Xəbərlər