Natiq Ədilovun qardaşı həbsdə qaldı

natiq-edilovun-qardasi-hebsde-qaldi
Oxunma sayı: 783




Murad avqustun 11-də Sabirabadda narkotik ticarətində şübhəli bilinərək saxlanılıb.

Avqustun 13-də məhkəmə onu 3 ay müddətinə həbs edib. Bu qərardan apellyasiya şikayəti verilib.
“Qafqazinfo” xəbər verir ki, Natiq Ədilovun Turan-a verdiyi məlumata görə, şikayətdə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi məsələsi qaldırılıb.

N.Ədilov qardaşının həbsinin siyasi motivli və Ədilov qardaşlarının siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu düşünür.