Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevlə bağlı açıqlama verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akdağ N.Əliyevin Türkiyəyə gətirilən zaman vəziyyətinin çox ağır oluğunu deyib:
“Azərbaycan tərəfi bizə etdiyi müraciətdən sonra təcili yardım təyyarəmizi göndərdik. Dəyərli qardaşımızı Türkiyəyə gətirdik. Amma çox ağır vəziyyətdə gəlmişdi”.
Qeyd edək ki, Natiq Əliyev iyunun 9-u müalicə aldığı İstanbulda vəfat edib.
Son xəbərlər
Son Xəbərlər